“Şaxtyor”da yeni müqavilə
“Şaxtyor” Yaroslav Rakitski ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu “Şaxtyor”un yetirməsidir. O, 2009-2019-cu illərdə doğma klubunun əsas komandasında çıxış edib.
Müdafiəçi “Şaxtyor”a 2022-ci ilin yazında qayıdıb.
O, ümumilikdə Donetsk təmsilçisində 340 oyun keçirib 16 qol vurub.
Təcrübəli futbolçu “Zenit” və “Adana Demirspor”un da şərəfini qoruyub.







