“Şaxtyor”dan Premyer Liqa klubunun istədiyi futbolçu ilə yeni müqavilə
“Şaxtyor” Mikola Matvienko ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzadıb.
Msport.az xəbər verir ki, yanvarda “Brayton” futbolçunu transfer etmək istəyirdi.
Qış transfer pəncərəsində Donetsk klubu İngiltərə təmsilçisinin 20 milyon avroluq təklifinə “yox” demişdi.
“Brayton”dan başqa, Premyer Liqanın digər klubları da Matvienko ilə maraqlanırlar. 26 yaşlı müdafiəçi Ukrayna millisində 52 oyun keçirib.
ANAR ABDULLAYEV







