featured-image-36325

Bu yay “Səbail”dən göndərilən Franko Mazurekin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi İsraildə çıxış edəcək. O, bu ölkənin 2-ci liqasında mübarizə aparan “İroni Tiberias”la anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Səbail”ə qədər “Boka Xuniors”, “Palestino”, “Kolon”, “Levski”, AEL(Limassol) klublarında oynayan Mazurek Bakı klubunun aparıcı üzvlərindən olsa da, yayda gözlənilmədən komandadan göndərildi.

Bənzər xəbərlər