“Səbail”dən Rumıniya klubuna
“Səbail”in sabiq futbolçusu Nir Bardeanın yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 28 yaşlı israilli futbolçu karyerasını Rumıniyanın “Sepsi” klubunda davam etdirəcək.
Mərkəz müdafiəçisi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Bardea ötən mövsüm “Səbail”in heyətində 27 oyunda 2 qol, 1 assistlə yadda qalıb.