featured-image-22480

Kiprin “Karmiotissa” klubu Aleksandr Kerjakovu baş məşqçi postuna təyin edib.

Msport.az xəbər verir ki, “Karmiotissa” 22 turdan sonra Kipr çempionatında 10-cu yeri tutur.

Rusyalı mütəxəssisin son iş yeri “Pari NN” komandası olub. “Zenit”in əfsanəsi 2022-ci ilin yayında ordan ayrılıb. Nijniy Novqorod təmsilçisi onun rəhbərliyi altında 2021-2022-ci illər mövsümündə Rusiya Premyer Liqasında 11-ci olmuşdu. O, buna qədər Rusiya gənclər yığması (2018-2020) və “Tom”u (2020-2021) çalışdırıb.

Xatırladaq ki, Kerjakov Mahmud Qurbanovdan sonra “Səbail”in baş məşqçi postuna keçə bilərdi. Menecerlər onu paytaxt klubuna təklif etsələr də, “dənizçilər” sonda Şahin Diniyevə üstünlük vermişdilər.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər