featured-image-37652

“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib.

Msport.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsində paylaşım edib.

Bildirilib ki, Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş Silvayn Deslandes bundan sonra Bakı klubunun şərəfini qoruyacaq. 26 yaşlı sol cinah müdafiəçisi yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Fransada “Kan” klubunun yetirməsi olan Silvayn Deslandes son olaraq Macarıstan təmsilçisi “Debretsen”də çıxış edib. O, 2015-2020-ci illərdə İngiltərə klubu “Vulverhempton”a məxsus olub.

Bənzər xəbərlər