featured-image-19215

“Sabah”a qarşı çox yaxşı oynadıq və yaxşı komanda olduğumuzu sübut etdik”.

Bunu Msport.az saytına açıqlamasında “Səbail”in futbolçusu Emil Martinov səfərdə “Səbail”ə 1:0 hesabı qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

İlk matçda da rəqibini 3:2 hesabı ilə məğlub edən “dənizçilər” iki görüşün nəticəsinə əsasən yarımfinala adlayıb. Bu mərhələdə rəqib “Qəbələ” olacaq.

Bolqarıstanlı müdafiəçi “qırmızı-qaralar”a qarşı da eyni oyunu göstərəcəklərini bildirib: “Düşünürəm ki, kuboku qazanmaq üçün kifayət qədər yaxşı şansımız var. “Qəbələ” güclü komandadır. Amma rəqibin kimliyinin bizim üçün fərqi yoxdur. Önəmli olan komanda kimi yaxşı oynamağımızdır. Fikrimcə, “Sabah”a qarşı bu vacib qələbə bizə inam verəcək və Premyer Liqada da daha yaxşı oynayacaq”.

30 yaşlı oyunçu Premyer Liqanın XVIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri matça da toxunub: “Asan olmayacaq, lakin biz əlimizdən gələnin ən yaxşısını etməyə hazırıq. İnanıram ki, yenidən hamını təəccübləndirəcəyik”.

Qeyd edək ki, dekabrın 24-də keçiriləcək “Səbail” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

Bənzər xəbərlər