featured-image-30572

“Real Madrid”in futbolçusu Daniel Sebalyos karyerasına İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “kral klubu”yla müqaviləsi yayda bitən yarımmüdafiəçiylə “Aston Villa” maraqlanır. Madrid klubu Sebalyosa yeni 3 illik müqavilə təklif etməyə hazırlaşır.

26 yaşlı futbolçuyla “Milan” və “Vilyarreal” da maraqlanır. O, daha əvvəl İngiltərədə “Arsenal”ın şərəfini qoruyub.

Qeyd edək ki, Sebalyos cari mövsüm ərzində 44 oyunda iştirak edib, 1 qol vurub və 9 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər