featured-image-21514

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun 1\4 finalında “Real”a uduzduqları oyunda (1:3) hakimlikdən narazı qalıb. Msport.az “As”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Sebalyosa ikinci sarı vərəqə göstərilmədiyini bildirib:

“70-ci dəqiqəyə qədər biz çox yaxşı oynayırdıq. Daha sonra Sebalyosun folu oldu və heç kimin vecinə deyil ki, ona ikinci sarı vərəqə göstərilmədi. Halbuki belə olsaydı, hesabda öndə ola-ola, həm də say üstünlüyünə yiyələnəcəkdik. Bu baş vermədi, daha sonra Saviç meydandan uzaqlaşdırıldı. Biz azlıqda qaldıq.

Rodriqonun qolu möhtəşəm fərdi ustalıq idi. Ona qədər “Atletiko” əla oyun nümayiş etdirirdi, lakin azlıqda hesabı qorumaq çətin idi. Buna baxmayaraq, əsas vaxt heç-heçə başa çatdı. Komandanın oyunundan razıyam, mən gördüm ki, futbolçular meydanda nə qədər güc sərf etdilər”.

Qeyd edək ki, oyunun baş hakimi Sezar Soto Qrado idi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər