featured-image-46462

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/4 finalında İngiltərənin ‘Vest Hem” komandasına qarşı keçirəcəkləri oyundan danışıb.

Msport.az “Eurosport” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin fikizi cəhətdən güclü kollektiv olduğunu söyləyib:

“Oyunçuları əla fərdi keyfiyyətlərə malikdir. Səbirli və yüksək tempdə oynamalıyıq. Hücum və müdafiədə yaxşı tarazlığı saxlamalıyıq. Bu, yaxşı nəticə əldə edə biləcəyimiz yeganə yoldur”

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı saat 23:00-da başlanacaq.

Bənzər xəbərlər