featured-image-79792
Premyer Liqanın debütantı “Şəfa” daha bir futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Andrey Fernando Draqunu heyətinə qatıb.
26 yaşlı rumıniyalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu”, “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.
Qeyd edək ki, “Şəfa” bundan öncə digər rumıniyalı futbolçu – Vlad Marian Popunun da transferini açıqlamışdı.

Bənzər xəbərlər