featured-image-79764
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, paytaxt klubu  yarımmüdafiəçi Vlad Marian Pop heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.

Bənzər xəbərlər