featured-image-46405

“Vest Hem”in oyunçusu Lukas Paketa yayda “Mançester Siti”yə keçə bilər.

Msport.az xəbər verir ki, İngiltərə nəhəngi Braziliya millisinin yarımmüdafiəçisi ilə ciddi maraqlanır.

“Şəhərlilər” 26 yaşlı hücumameyilli futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Lakin London təmsilçisi aparıcı oyunçusu üçün 110 milyon funt-sterlinq qiymət “oxuyub”. Çempionlar Liqasının son qalibi “Vest Hem”lə ortaq məxrəcə gəlməyə çalışır.

Qeyd edək ki, Lukas Paketa bu mövsüm Premyer Liqada 25 oyun keçirib, 4 qol vurub, 6 assist edib.

Bənzər xəbərlər