featured-image-46312

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodri ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, sözləşmənin 2028-ci ilədək artırılması nəzərdə tutulub.

Beləliklə, oyunçu 300 min funt-sterlinq gəlir əldə edəcək.

İspan oyunçunun klubla hazırkı müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər