featured-image-46427

İngiltərənin “Mançester Siti” klubu Çempionlar Liqasındakı məhsuldarlıq seriyasını davam etdirib.

Msport.az xəbər verir ki, “şəhərlilər” cari mövsüm keçirdiyi bütün görüşlərdə 3 qola imza atıb.

Pep Qvardiolanın yetirmələri 1/4 finalın ilk matçında da belə məhsuldarlıq göstərib. Mançesterlilər “Real”la İspaniyadakı qarşılaşmada heç-heçəyə nail olublar – 3:3.

Bu, “şəhərlilər”in 9-cu belə matçıdır. İngiltərə klubu 27 qol vurduğu oyunlarda 12 top buraxıb.

Qeyd edək ki, “Real” – “Mançester Siti” qarşılaşması Madriddə keçirilib.

Bənzər xəbərlər