Səhhətinə görə vəzifəsindən ayrılır
İngiltərənin “Nyukasl” klubunun icraçı direktoru Darren İlz səhhətinə görə vəzifəsini tərk edəcək.
Msport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin qan xərçənginə tutulması səbəb olub.
Həkimlər 52 yaşlı D. İlzə xroniki limfositar leykemiya diaqnozu qoyub. O, posta yeni şəxsin təyin olunacağına kimi bu vəzifəni icra edəcək.
Qeyd edək ki, Darren İlz 2022-ci ilin avqustundan “Nyukasl”da sözügedən vəzifədə çalışır.