featured-image-24201

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyə futbol ictimaiyyətinin zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə təşkil etdiyi xeyriyyə kampaniyasına qatılıb.

Msport.az xəbər verir ki, hazırda millimizin üzvü Mahir Emrelinin “Konyaspor”da kapitanı olan futbolçu canlı efirdə təşkil olunan “Omuz omuza” kampaniyasında yardımı Mehmet Topal vasitəsi ilə edib.

Veteran futbolçu Şehiçin mesajını efirdə səsləndirib. Bosniyalı qolkiper zəlzələdən zərər çəkənlərə 200 min TL ( 17 min 855 manat) yardım göstərib.

AYXAN 

Bənzər xəbərlər