featured-image-29472

Pep Qvardiola südün Erling Haalanda əlavə güc verməsi haqda yayılan xəbərləri rədd edib.

Msport.az xəbər verir ki, Qvardiola açıqlamasında özünün də bu içkini içdiyini, lakin ona əlavə güc vermədiyini deyib.

“Haaland özünü çox güclü hiss edir. İnsanlar onun süd içdiyini deyirlər. Bu “sehirli” içkidən mən də içirəm, amma mövsümə 50 qol vurmuram.

Haalandı təqlid etmək istəyənlərə onun içkilərinə yox, bacarıqlarına fikir verməklərini məsləhət görürəm” – deyib Pep.

Royal Türksoy

Bənzər xəbərlər