featured-image-2046

Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirib.

Msport.az  xəbər verir ki, 37 yaşlı şahmatçı “Oslo Esports Cup”ın üçüncü turunda kanadalı Erik Hansen ilə üz-üzə gəlib. Matçın ilk rapid partiyasını rəqib, növbəti dueli Məmmədyarov qalib tamamlayıb. Ardınca tərəflər “sülh”ə razılaşıbsa, sonuncu oyunda Hansen yenidən üstün olaraq yekun hesabı müəyyənləşdirib – 2,5:1,5.

Bu, Məmmədyarovun yarışda ardıcıl ikinci məğlubiyyəti olub.

Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib (2,5:1,5), ardınca Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya uduzub (0,5:2,5).

Qeyd edək ki, 8 qrossmeysterin qatıldığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Bənzər xəbərlər