featured-image-1804

Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsindəki ilk rəqibi bəlli olub.

Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup” adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirəcək.

Bu gün start götürəcək yarışda ümumilikdə 8 şahmatçı mübarizə aparacaq.

“Oslo Esports Cup” da Məmmədyarov, Kuanq Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.

Bənzər xəbərlər