featured-image-1325

Mayın 3-dən 15-dək Buxarestdə keçiriləcək şahmat üzrə Grand Chess Tour seriyalı ilk turnirin iştirakçıları məlum olub.

Msport.az xəbər verir ki, yarışda Şəhriyar Məmmədyarovla yanaşı, Uesli So, Fabiano Karuana, Levon Aronyan, Lenyer Dominges (hamısı ABŞ), Maksim Vaşye Laqrav, Əliriza Firuzca (hər ikisi Fransa), Yan Nepomnyaşi (Rusiya), Rixard Rapport (Macarıstan) və Boqdan-Daniel Dyak (Rumıniya) mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 350 000 ABŞ dollarıdır.

 

Bənzər xəbərlər