“Seltik” Brendan Rocersi yola saldı
“Seltik” baş məşqçisi Brendan Rocerslə yolları ayırıb.
Msport.az xəbər verir ki, komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib.
“Seltik”in keçmiş baş məşqçisi Martin Onil komandanın müvəqqəti çalışdırıcısı təyin edilib.
Qeyd edək ki, “Seltik” Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.







