featured-image-21174

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 2 qarşılaşma baş tutub.

B qrupunda “Seneqal” yığması Konqo Demokratik Respublikası ilə qarşılaşıb. 3 cavabsız qolla qalib gələn seneqallılar qrup lideri kimi 1/4 finala yüksəliblər. Uqanda və Fil Dişi Sahili yığmalarının oyununda isə sonuncular inamlı qələbə qazanaraq qrup ikincisi kimi mərhələ adlayıblar.

Xatırladaq ki, daha öncə Əlcəzair və Mozambik yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

Afrika Millətlər Kuboku
B qrupu

22 yanvar

Seneqal – Konqo DR 3:0
Qol: Diuf, 23. Diallo, 74. Siadi, 77-öz qapısına.

Uqanda – Fil Dişi Sahili 1:3
Qol: Vaysva, 34 – Sankara, 12. Uotro, 27. Kramo, 78.

Xal: Seneqal – 6. Fil Dişi Sahili, 4. Uqanda – 4. Konqo DR – 2.

Bənzər xəbərlər