featured-image-24113

“Qalatasaray”ın hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə bağlı paylaşım edib. Msport.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkədə Vandanı çox sevdiyini yazıb:

“Dedi-qodulara inanmayın. Birbaşa özüm deyirəm, Vanda ilə bərabərik, bərabər qalacağıq. Hər zaman bir yerdə olacağıq.

O, mənim həyat yoldaşım, tək eşqim, kraliçam və qızlarımın anasıdır. Səni sevirəm və həyatım boyunca sevəcəm, kraliçam”.

Qeyd edək ki, son vaxtlar Vanda ilə İkardinin ayrılacağına dair çoxlu xəbərlər yayılırdı. Hətta Vandanın “Spartak”ın futbolçusu Keyta Balde ilə görüşdüyünə barədə söz-söhbətlər mətuata çıxmışdı.

Xatırladaq ki, Balde ilə İkardi vaxtilə “İnter”də birgə çıxış ediblər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər