Şenol Güneş beşinci dəfə “Trabzonspor”a rəhbərlik edəcək
“Trabzonspor”un yeni baş məşqçisinin adı məlum olub. Msport.az xəbər verir ki, Qara Dəniz təmsilçisini yenidən Şenol Güneş çalışdıracaq.
72 yaşlı mütəxəssis bu postda Abdullah Avcını əvəzləyib.
Təcrübəli məşqçi indiyədək müxtəlif vaxtlarda 5 dəfə Trabzon klubuna rəhbərlik edib. O, ilk dəfə 1988-ci ildə komandanın sükanı arxasına keçib. Şenol Güneş bundan sonra 1993-1997, 2005, 2009-2013-cü illərdə “Trabzonspor”un baş məşqçisi olub.