featured-image-26983

“Yuventus” qapıçısı Voçex Şensnı ilə yollarını ayrıa bilər. Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu futbolçulara ödənilən maaşların azaldılması haqqında düşünür.

Belə olan halda polşalı qolkiper komandanı tərk edə bilər. Əgər bu baş verərsə, “Yuve” Şensnın yerinə 2 namizədi nəzərdən keçirir. “Qoca sinyora”nın birinci variantı “Atalanta”nın “Kremoneze”də icarə əsasında çıxış edən qapıçısı Marko Karnesekkidir. İkinci namizəd isə “Empoli”dən Qulyelmo Vikariodur.

Mattia Perin “Yuventus”da ikinci qapıçı kimi qalacaq. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

32 yaşlı Şensnının Turin təmsilçisi ilə anlaşması 2024-cü ilə qədər nəzərdə tutulub. Polşalı əlcək sahibi 2017-ci ildən “Yuve”də çıxış edir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər