featured-image-49677

Serbiya millisi AVRO-2024-də çıxışını dayandıra bilər.

Msport.az xəbər verir ki, bunu Serbiya Futbol İttifaqının baş katibi Yovan Şurbatoviç açıqlayıb.

O bildirib ki, əgər UEFA Albaniya – Xorvatiya oyununda baş verənlərlə bağlı sərt sanksiyalar tətbiq etməsə, komandası turniri yarımçıq tərk edəcək: “Baş verənlər qalmaqaldır. Serbiya Futbol İttifaqı UEFA-dan ən sərt sanksiyaların tətbiqini tələb edəcək. Əks halda isə biz Avropa çempionatında çıxışımızı dayandıracağıq. Biz bunun bir daha təkrarlanmasını istəmirik”.

Qeyd edək ki, Albaniya – Xorvatiya oyununda hər iki komandanın azarkeşləri “Serbi öldür” şüarını səsləndiriblər.

Bənzər xəbərlər