Serbiyalı hücumçu “Fənərbağça”ya keçə bilər
Serbiya millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
“Fənərbağça” hücumçu ilə maraqlanır. İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo bu yay “rossonerlər”dən ayrıla biləcək Yoviçi komandada görmək istəyir. “Fənərbaxça” artıq futbolçunun agenti Fali Ramadani ilə danışıqlara başlayıb.
Son həftələrdə imzalanan müqaviləsinin uzadılmasına baxmayaraq, serbiyalının “Milan”da gələcəyi hazırda şübhə altındadır. Bu məsələ xüsusilə “Atletiko”nun hücumçusu Alvaro Moratanın “Milan”a keçəcəyini təsdiqlədikdən sonra daha da aktuallaşıb.