featured-image-27643

“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Sergen Yalçınla danışıqlar apardıqlarını təsdiqləyib. Msport.az “A spor”a istinadən xəbər verir ki, klub rəhbəri bir çox mütəxəsssislərlə görüşlərin davam etdiyini deyib:

“Sergen Yalçın ilə görüşdük. Hazırda işləmək istəmədiyini bildirdi. Slaven Biliçlə menecerlər vasitəsi ilə əlaqə saxladıq. Danışıqlar apardığımız fərqli məşqçilər də var, bəziləri ilə dialoqumuz davam edir.

İnanılmaz məbləğdə pul istəyən məşqçilər oldu. Bu vəziyyətdə “Trabzonspor”da işləmək istəmədiyini deyən məşqçilərimiz var. Əlini daşın altına qoymayan biri ilə uzun müddətli əməkdaşlığımız ola bilməz”.

ANAR 

Bənzər xəbərlər