featured-image-69242

Moldovanın “Şerif” klubunun yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, Vadim Skripçenko Tiraspol klubunun sükanı arxasına keçib.

Belaruslu mütəxəssislə 1 illik müqavilə imzalanıb. 49 yaşlı məşqçi buna qədər Minsk “Dinamo”suna rəhbərlik edirdi.

Skripçenko müxtəlif illərdə “Ural”, “Krılya Sovetov”, “Anji”, “Ararat Ermənistan”, “Torpedo-Belaz” və “Minsk” klublarında işləyib.

Molsova komandasını buna qədər bosniya və herseqovinalı Mislav Karoqlan çalışdırırdı.

Bənzər xəbərlər