featured-image-23824

PSJ-nin müdafiəçisi Serxio Ramos ukraynalı qaçqınlara kömək etməyə çağırıb.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkədə üzərində Ukrayna bayrağı olan köynək geyərək paylaşım edib:

“Biz bundan sonra da bu insanlara yardım göstərə bilərik. Onları unutmamalıyıq”.

Ramos İspaniya millisində ən çox oyun keçirən futbolçudur – 180. O, fevralın 23-də yığmadakı karyerasını bitirdiyini açıqlayıb.

ANAR ABDULLAYEV

media-cc00aaa3-abee-41a0-9373-fce2f1b6bb03

Bənzər xəbərlər