featured-image-32585

İspaniya millisinin keçmiş futbolçusu Sesk Fabreqas karyerasını başa vurduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə ulduz futbolçu şəxsi instaqram hesabında məlumat yayıb.

“Butslarımı asmağım üçün vaxtın yetişdiyini böyük kədərlə elan edirəm. “Barça”, “Arsenal”, yenidən “Barça”, “Çelsi”, “Monako” və “Komo”da keçirdiyim ilk gündən son günədək hər günümün dəyərini bilirəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi. Mənə kömək edən hər bir kəsə, ailəmə, komanda yoldaşlarıma, məşqçilərimə, prezidentlərə, azarkeşlərə və agentimə təşəkkür edirəm. Həm də məni daim gücləndirən rəqiblərə xüsusi təşəkkürümü bildirirəm”, – Fabreqas yazıb.

Məlumata görı, 36 yaşlı ispaniyalı yaxın zamanda məşqçilik karyerasına başlamağı planlaşdırır.

Fabreqas 2003-cü ildə “Arsenal”da debüt edib. Futbolçu karyerası ərzində 16 titul qazanıb. O, Avropa (iki dəfə) və dünya çempionu olub.

Royal Türksoy

Bənzər xəbərlər