featured-image-65568

Səudiyyə Ərəbistanı hökuməti 2034-cü ildə keçiriləcək dünya çempionatında spirtli içkilərin ictifadəsinə icazə verməyi planlaşdırır. Msport.az xəbər verir ki, turistlərin olduğu xüsusi məkanlarda yalnız buna icazə veriləcək.

Mundial zamanı 600 bu cür zonanın yaradılması nəzərdə tutulub. İctimai yerlərdə, mağazalarda və evlərdə alkoqollu içkilərin istifadəsi qadağan olaraq qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 1952-ci ildən spirtli içkilərin istifadəsi qadağandır.

Bənzər xəbərlər