Səudiyyə Ərəbistanı klubları transferlərə rekord məbləğ ayırır
Səudiyyə Ərəbistanı klubları bu yay futbolçu transferlərinə 2,3 milyard avro xərcləməyi planlaşdırır.
Msport.az xarici KİV-lərə istinadən xəbər verir ki, klubların əsas transfer hədəfləri İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüynedir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klublar ötən ilin yayında yeni oyunçuların keçidi üçün 945 milyon avro xərcləyib.