featured-image-56488

Səudiyyə Ərəbistanı milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, Erve Renar yenidən yığmanın sükanı arxasına keçib.

Fransalı mütəxəssis 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı komandasına rəhbərlik edib. Milli onun rəhbərliyi altında DÇ-2022-yə vəsiqə qazanmışdı.

Renar əvvəllər Qana, Zambiya, Anqola, Mərakeş və Kot d İvuar yığmalarında da işləyib. O, Zambiya və Kot d İvuarla Afrika Millətlər Kubokunu qazanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı komandasının nəticələri pis olduğundan Roberto Mançini istefaya göndərilib.

 

Bənzər xəbərlər