featured-image-22293

Səudiyyə Ərəbistanı milli komandası 2024-cü ildə Paraqvayda keçiriləcək Amerika kububokunda (Copa America) iştirak etmək üçün dəvət alıb. Msport.az xəbər verir ki, bu barədə ölkə futbol federasiyasının prezidenti Yasir Əl-Mişal məlumat verib:

“Biz Copa America turnirində iştirakla bağlı dəvət almışıq. Əgər münasib imkan yaranarsa, yarışda gücümüzü sanayacağıq”.

Xatırladaq ki, adətən “Copa America”ya CONMEBOL üzvü olmayan ölkələr də dəvət edilir. Müxtəlif illərdə turnirdə ABŞ, Meksika, Qətər və digər ölkələrin komandaları mübarizə aparıb.

Səudiyyə Ərəbistanı indiyədək “Copa America”da çıxış etməyib. Turnirin son qalibi 2021-ci ildə keçirilən finalda meydan sahibi Braziliyanı 1:0 hesabı ilə məğlub etmiş Argentina yığmasıdır.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər