featured-image-41766

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema, “Əl-Əhli”də çıxış edən Roberto Firmino və “Əl-İttifaq”ın yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanını tərk etmək istəyir.

Msport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Bildirilib ki, oyunçular havanın isti və rütubətli keçməsi, matçlarda azarkeşin az olması və meydandakı problemlərə görə bu addımı atmaq niyyətindədirlər.

Onların hər birinin müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Bənzər xəbərlər