featured-image-30939

“Əl Nəsr”də ilk mövsümünü keçirən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyat tərzindən ağızdolusu danışıb.

Msport.az “Rekord”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Ər Riyadda gecə həyatının olmasını xüsusi qabardıb:

“Səudiyyə Ərəbistanına gəlib buranın mədəniyyəti ilə tanış olmaq çox maraqlı idi. Səudiyyəlilərin canlı gecə həyatı var, bunu xüsusi ilə maraqlı və əyləncəli hesab edirəm. Şəhər həmin vaxt çox gözəl olur.

Əgər siz qurmansızsa, Ər-Riyad restoranların keyfiyyəti baxımından ən yaxşı yerlərdən biridir. “Boulevard World”a bütün ailə üzvlərimizlə getdik, çox gözəl təəsüratlarla ayrıldıq.

Fantastik təcrübədir, mənim ailəm burda xoşbəxtdir. Uşaqlar üçün çox yaxşı məktəblər var, bütün ölkə ərazisində çoxlu yeni tikililər mövcuddur. Hər dəfə yeni şeylər kəşf etmək xoşuma gəlir, ona görə burdayam”.

ANAR 

Bənzər xəbərlər