featured-image-60531

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko UEFA İcraiyyə Komitəsi üzvülüyünə namizədliyini irəli sürüb. Msport.az xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat yayıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu, rəsmən açıqlanacaq.

Əfsanəvi futbolçu karyerasını bitirdikdən sonra Ukrayna milli komandasının baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında AVRO-2020-də 1\4 finala çıxıb.

Şevçenko 2024-cü ilin yanvarından Ukrayna Futbol Federasiyasının prezidentidir.

Bənzər xəbərlər