featured-image-27983

“Mançester Yunayted”in hücumçusu Markus Reşford sevgilisi ilə Nyu-Yorka romantik səfərə çıxmaq üçün 270 min avroya təyyarə kirayəyə götürüb.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, İngiltərə millisinin futbolçusunun kirayəyə götürdüyü “Boeing 737” təyyarəsi adətən 125-dən çox sərnişin daşıyır. Səfər Reşford zədə səbəbindən İngiltərə seçməsinin düşərgəsini tərk edən zaman – martda reallaşıb.

Reşfordun xanımı Lüsiya Loinin də onun kimi 25 yaşı var. Cütlük 15 yaşları olarkən tanış olublar. Onlar ötən il nişanlanıblar.

Markus sosial şəbəkələrdə Nyu-York Mərkəzi parkından, eləcə də şəhərin digər yerlərindən fotolar paylaşıb.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər