Sevgilisini döyməkdə ittiham olunan futbolçu məşqlərə qayıtdı
“Mançester Yunayted”in bir müdət əvvəl komandadan uzaqlaşdırdığı futbolçusu Antoni kollektivlə məşqlərə qayıdıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı hücumçu 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur.
Qeyd edək ki, Antoni sentyabrda eyni səbəbdən Braziliya millisindən də uzaqlaşdırılıb. O, 2022-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. O, 2023/24 mövsümündə komanda ilə 4 matçda oynayıb.







