“Sevilya” baş məşqçisi ilə yollarını ayırdı
“Sevilya” baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.
Msport.az xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə uduzduqdan dərhal sonra Lopeteqi ilə yollarını ayırıb.
O, 2019-cu ilin yayında “Sevilya”ya baş məşqçi təyin edilmişdi.
Əndəlusiya təmsilçisinin Fatih Terimlə anlaşdığı bildirilir.