“Sevilya” baş məşqçisini qovdu
“Sevilya” baş məşqçisi Qarsia Pimientanı istefaya göndərib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın XXXI turunda “Valensiya”ya 0:1 hesabı ilə uduzduqdan sonra bu, ardıcıl 4-cü məğlubiyyət olub və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən ilin yayından komandanı çalışdırırdı. O, Əndəlus klubunun “sükanı arxası”nda 34 oyun keçirib və bunların 11-də qələbə qazanıb.
Qeyd edək ki, “Sevilya” 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.