“Sevilya” baş məşqçisiylə sözləşməni yenilədi
“Sevilya” baş məşqçisi Joze Luis Mendilibarla müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, tərəflər arasındakı yeni müqavilə 2024-cü ilin yayına qədər qüvvədədir. Əvvəlki müqavilə bu mövsümün sonunadək nəzərd tutulmuşdu.
Mendilibar mart ayından “Sevilya”nı çalışdırır. Onun rəhbərliyi altında komanda “Roma”nı məğlub edərək Avropa Liqasının qalibi olub.
Royal Türksoy







