featured-image-54918

İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xavyer Qarsiya Pimyenta ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, baş məşqçi 2024-cü ilin iyulundan “Sevilya”da işləyir. Komanda onun rəhbərliyi altında 7 oyunda 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıb.

Bənzər xəbərlər