featured-image-22099

Adnan Yanuzay icarə əsasında “Sevilya”dan “Başakşehir” klubuna keçib.

Msport.az xəbər verir ki, icarə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. Anlaşmanın maliyyə detalları barədə məlumat verilmir.

“Valensiya” da belçukalı futbolçu ilə maraqlanırdı. Lakin “yarasalar” icarəyə görə “Sevilya”ya kompensasiya ödəyə bilməyib.

Qeyd edək ki, Yanuzay cari mövsümün əvvəlində “Sevilya”ya keçmişdi. Ötən il sentyabrın 1-də onunla müqavilə bağlanmışdı. Yarımmüdafiəçi bu çempionatda 6 oyunda meydana çıxıb.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər