“Sevilya”nın yeni baş məşqçisi məlum oldu
“Olimpik Marsel”in sabiq baş məşqçisi Xorxe Sampaoli yaxın vaxtlarda “Sevilya”nın sükanı arxasına keçəcək.
Msport.az xəbər verir ki, bu haqda məşhur italiyalı insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, argentinalı mütəxəssislə İspaniya klubunun danışıqları bir aydan çox davam edib.
Sampaoli ilə 2 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, Lopeteqi “Sevilya”ya 2019-cu ildən rəhbərlik edirdi.
Sampaoli isə bu il “Olimpik Marsel”dəki işindən ayrılıb.
7 oyuna 5 xal yığan “Sevilya” İspaniya La Liqasında 15-ci yeri tutur.