Şeydayev baş məşqçisiz qaldı
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.
Msport.az-ın məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, “Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.