Şeydayevin klubunda yeni prezident
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunun yeni prezidenti bəlli olub.
Msport.az xəbər verir ki, bölgə təmsilçisində 3 aydı boş qalan post öz sahibini tapıb.
Növbədənkənar Seçki Konfransı çərçivəsində keçirilən prezident seçkisində bu posta tək namizəd olub. Nəticədə rəqibi olmayan Recep Durul “Kocaelispor”un rəhbəri seçilib.
Qeyd edək ki, klubun sabiq prezidenti Engin Koyun 3 ay öncə istefa vermişdi.