featured-image-40750

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” komandası Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb.

Msport.az xəbər verir ki, qrup mərhələsinin sonuncu – VI turunda doğma meydanda Yaponiyanın “Vanfore Kofu” klubuna 2:3 hesabı ilə uduzan Buriram təmsilçisi turnirlə vidalaşıb.

R. Şeydayev 8 oyunluq cəza aldığı üçün bu qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, “Buriram Yunayted” klubu mübarizə apardığı H qrupunu 6 xalla sonuncu pillədə başa vurub.

Bənzər xəbərlər